"Neftçi" İdman klubunun rəhbəri, "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, 60 yaşlı funksioner ürəktutmasından rəhmətə gedib.
"Neftçi" azarkeşlərinin böyük rəğbət bəslədiyi Sadıqovun dövründə "ağ-qaralar" 3 dəfə Azərbaycan çempionatının, iki dəfə kubokunun qalibi olub.
Onun başçılığı altında ilk dəfə bir Azərbaycan klubu avrokubokların qrup mərhələsində iştirak edib.


