Futbol üzrə Azərbaycan milli komandasının üzvü zədələnib. 

Offsideplus.az xəbər verir ki, Malta yığmasına qarşı yoldaşlıq oyununda start heyətdə meydana daxil olan Xəyal Əliyev sıradan çıxıb. Görüşün ilk dəqiqələrində zədələnən Xəyal meydanı xərəkdə tərk etməli olub. 

X.Əliyevi Nəriman Axundzadə 9-cu dəqiqədə əvəzləyib. 

Qeyd edək ki, hazırda davam edən oyunda hesab açılmayıb.