27 iyunda Bakıda keçiriləcək UFC Döyüş Gecəsində Mateus Kamiloya qarşı oktaqona çıxacaq Nazim Sadıxov media önünə çıxıb, jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az həmin müsahibəni təqdim edir:
– Hazırlıq əla gedir. Son döyüşdən sonra öz məşq prosesimdə çox şeyi dəyişdim. Gələn bazar Bakıda olacam.
– Son döyüşdəki məğlubiyyət necə təsir göstərdi?
– Qələbə, yoxsa məğlubiyyətdən asılı olmadan irəli baxıram. Keçmiş döyüş barədə düşünməməlisən. 1 ay bunun barədə çox düşündüm, sonra ancaq növbəti döyüşlər barədə fikirləşməyə başladım. Hər şey hələ irəlidədir.
– Hər 3 döyüşü təslimolma ilə uduzmusan. Bu sənin taktikasına təsir edəcək?
– Mən deməzdim ki, qarşıdakı döyüşdə onu yerə yıxıb "submisson" axtarmağı düşünmürəm. Ondan üstün döyüş olduğumu hesab edirəm. Bu yorğunluqdan irəli gələn məğlubiyyət idi. Müxtəlif yollar ilə qalib gələ bilərəm.
– Sən "Qara Canavar", rəqib isə "Qara Yaquar"dır. Sizcə oktaqonda hansı yırtıcı daha təhlükəlidir?
– Düşünürəm ki, mən daha təhlükəliyəm. Təcrübəm daha çoxdur. Bəli, mən daha təhlükəliyəm.
– Fares Ziamdan revanş istəyisiniz?
– Mən deməzdim ki, bu haqda düşünrəm. Rəqib son qələbədən sonra TOP-15-ə qalxdı. Növbəti qələbə məni də ora yüksəldə bilər.
– Bu il də küncündə Merab olacaq?
– "Qara Canavar"ın çox sirləri var. Gözləyək, bəlkə də yeni sürprizlər olacaq.
– Bakıda keçirilən son UFC döyüşündə ən böyük auditoriya dəstəyi sənə idi. Bu dəfə də çoxlu azarkeş dəstək olacaq. Azarkeşlərə, azərbaycanlılara sözün nədir?
– Bu mənim arzum idi ki, bir axşamlıq xalqımızı birləşdirə, sevindirə bilim. Bu, sadəcə arzu idi. Sevinirəm ki, arzum reallaşdı.
– Rəqib UFC-də 2 döyüş keçirib, 1 qələbə və 1 məğlubiyyət. Rəqibin üstün və zəif cəhəti nə hesab edirsən?
– Rəqib bu çəki dərəcəsi üçün iri idmançıdır. Bu isə o, çox çəki atır deməkdir. 1-ci raunddan sonra yorula bilir. Rəqibin üstün cəhətinin ayaq üstündə və parter vəziyyətində güclü olduğunu düşünürəm. Məni üstələyə biləcəyini fikirləşmirəm. Səhv xatırlamıramsa birgə toplanışda olmuşuq. Məşq etdik, onu orda gördüm, izlədim.
– Fares Ziamla döyüşdə nokautdan sonra sanki yenə döyüşmək istədin. Orda nə baş verdi?
– Sadəcə o anda artıq birinci raundun sonu idi. Sonra isə "qonq" çalındı. Referiyə irad bildirdim ki, vaxtından tez görüşü dayandırdı. Nokdaunda düşdüm, amma bu nokaut deyildi. İstəyirdim ki, raund bitsin və küncə qayıdım. Bundan sonra davam edib, etməyəciymə isə küncüm qərar vesin. İstənilən qərarla razılaşardım. Sadəcə mən xaraktercə elə döyüşüyəm ki, sona qədər döyüşürəm.
– Avstraliyada kenquru ilə döyüşmək istəyirdin, Azərbaycanda hansı heyvan ilə oktaqona çıxmaq istəyirsən?
– Yaquar ilə çox döyüşmək istəyərdim. Yaquar. Yaquar elə bir heyvandır ki, məğlub etmək istəyirəm (gülür).


