“Real Madrid” klubunun prezidenti Florentino Perezin yeni transfer hədəfi bəlli olub.
Offsideplus.az xəbər verir ki, o, “Paris Sen-Jermen”in yarımmüdafiəçisi Joau Neveşi transfer etmək istəyir.
Prezidentliyə namizəd Perezin bu keçid üçün 150 milyon avroya qədər pul xərcləməyə hazır olduğu bildirilir. 79 yaşlı funksioner son müsahibəsində yenidən prezident seçiləcəyi halda "Real Madrid" azarkeşlərini super ulduz transferi ilə sevindirəcəyini açıqlamışdı.
Qeyd edək ki, 21 yaşlı Joau Neveş Avropanın ən perspektivli futbolçularından biri hesab olunur və onun klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.


