"Sabah”ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq.

Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.

Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.  

Rəqiblər və oyunların tarixi ilə bağlı məlumat veriləcək.