Azərbacycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandasını təbrik edib.
Offsideplus.az xəbər verir ki, İ.Əliyev sosial şəbəkə paylaşımında bu sözləri yazıb:
"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram".


