Məktəbli qızlar arasında keçirilən boks üzrə respubilka birinciliyi başa çatıb.
Offsideplus.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan yarışda "Neftçi" İdman Klubunun yetirmələri 6 medal (4 qızıl, 1 gümüş, 1 bürünc) əldə ediblər.
Aysu Məmmədova (40 kq), Nərgiz Bədəlova (50 kq), Nuray Qafarova (52 kq) və Atlas Əliyeva (66 kq) bütün döyüşlərdən qalib ayrılaraq Azərbaycan çempionluğunun sevincini yaşayıblar. Digər boksçulardan Aylin Məmmədzadə (40 kq) ikinci, Əsnad Nəsirova (54 kq) isə üçüncü pillədə qərarlaşıb.


