"Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalı başa çatıb.
Offsideplus.az xəbər verir ki, turnirin A qrupunda mübarizə aparan Əhməd Əhmədzadə 9 matçdan 8 xal toplayaraq turnirin qalibi olub. 7 xalla turniri başa vuran Vüqar Manafov və Xəzər Babazadə isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.
Festival proqramına daxil olan rapid yarışında Xəzər Babazadə, blits turnirində isə Tunar Davudov bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutublar.
Təntənəli bağlanış mərasimində fərqlənən zəkalar diplom, medal və pul mükafatları ilə təltif olunublar. Baş müfəkatın sahibi Əhməd Əhmədzadə 5 000 manat mükafat əldə edib.
Ümumilikdə 107 şahmatçının qüvvəsini sınadığı "Azərbaycan Şahmat Turu"nun növbəti dayanacağı "Vugar Gashimov Open" turniri olacaq.


