"Karvan-Yevlax" klubundan daha 2 ayrılıq baş tutub. 

Offsideplus.az xəbər verir ki, klub Coy Slayd Mikels və Qavi Tompson ilə vidalaşıb. Onların müqavilələrinin müddəti başa çatıb.

30 yaşlı ruandalı Mikels başa çatan mövsümdə 19 oyuna çıxıb və 5 qol vurub. Qavi isə 33 oyuna çıxıb və rəqib qapılarından iki top keçirib.

Qeyd edək ki, Yevlax təmsilçisi növbəti mövsüm I Liqada mübarizə aparacaq.