2026/27 mövsümündə çempionluq niyyətində olan “Neftçi” hazırlıqlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” iki legioneri birdən heyətinə qata bilər. Söhbət Sezar Enrike və Kərim Rossidən gedir.
Ötən mövsüm “Şamaxı”da oynayan hər iki futbolçu özünü yaxşı tərəfdən göstərək yerli və əcnəbi bazarın diqqətini çəkə bilib.
Sezar Enrike mərkəz müdafiəçisidir. O, son mövsümdə 30 oyunda meydana çıxıb, 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. İsveçrəli forvard Rossi isə 31 oyuna çıxıb, 10 qol vurub və aktivinə 1 asist yazdırıb.
Qeyd edək ki, “Neftçi” artıq “Şamaxı”dan bir futbolçu transfer edib - Rüfət Abbasov.


