Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 30 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 78 nəfər isə sağalıb.
İndiyədək ölkədə ümumilikdə 831 095 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 558 nəfər müalicə olunaraq sağalıb, hazırda 315 aktiv xəstə var. Bu günə qədər 10 222 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 883, bu günə qədər isə ümumilikdə 7 582 030 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 204 nəfər vaksinasiya olunub.