Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 5 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 64 nəfər isə sağalıb. Son sutka ərzində koronavirusdan ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 829 284 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 922 nəfər müalicə olunaraq sağalıb, hazırda 209 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 441, bu günə qədər isə ümumilikdə 7 550 795 test icra olunub.