İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhem Lionel Messi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Bekhem karyerasını bitirmək istəməsində Messinin rolunu etiraf edib.
"2012/2013 mövsümündə PSJ ÇL-in 1/4 finalında "Barselona” ilə qarşılaşırdı. Səfər qarşılaşmasında hesabda öndə idik. Sonra meydana Messi çıxdı və "Barselona” dərhal qol vurdu. Yaşımın çox olmasına baxmayaraq, oyundan zövq almağa çalışırdım. Komandamız da özünü yaxşı tərəfdən göstərdi, hər iki qarşılaşmada "Barselona”ya məğlub olmadıq. Amma ola bilsin ki, məhz Messi məni aldadıb yanımdan sürətlə keçəndə qərar verdim ki, karyeramı bitirməliyəm”.
Qeyd edək ki, Bekhem karyerasını 2013-ci ilin mayında bitirib.