Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Yon Kornianu & Ladislav Simon" memorial turnirində yunan-Roma güləşi üzrə Azərbaycan millisi uğurla çıxış edib.
Offsideplus.az xəbər verir ki, məşqçilər Nurəddin Rəcəbov və Rövşən Bayramovun rəhbərliyi altında yarışan pəhləvanlarımız turniri 5 medalla başa vurublar.
Milli komandamızın heyətində Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. İlkin Qurbanov (63 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşaraq bürünc mükafatın sahibi olub.
Bu nəticələrlə Azərbaycan millisi turniri komanda hesabında 2-ci pillədə başa vurub.


