Avqustun 14-də start götürəcək Misli Premyer Liqasının yeni mövsümü öncəsi azarkeşləri maraqlandıran əsas suallardan biri matçların yayım hüququ ilə bağlıdır.
Məsələyə aydınlıq gətirmək üçün Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevə müraciət etdik. PFL rəsmisi Offsideplus.az-a açıqlamasında yayım formatının ötən mövsümlə eyni olacağını bildirib:
“Ötən mövsümün sonlarında olduğu kimi, hər turda bir matç eyni anda iki kanalda yayımlanacaq. Yəni turun 5 oyunu 'CBC Sport'un efirində təqdim olunacaqsa, 1 qarşılaşma isə həm 'CBC Sport', həm də 'İdman TV' vasitəsilə canlı yayımlanacaq".


