Məşhur UFC döyüşçüsü Xamzat Çimayev ilin sonuna qədər RAF güləş liqasında bir neçə qarşılaşmada iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə RAF-ın rəhbəri Çed Bronşteyn məlumat verib. Onun sözlərinə görə, Çimayevin ilin sonuna qədər bir neçə güləş qarşılaşması olacaq. Növbəti görüş 5 sentyabrda Moskvada keçiriləcək və Xamzat burada Tayron Vudli ilə üz-üzə gələcək. Bronşteyn bildirib ki, bu qarşılaşmalardan biri 100 min dollardan baha başa gəlib.


