"Real Madrid" yarımmüdafiə xəttini gücləndirmək üçün transfer siyahısına yeni ad əlavə edib.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi "Mançester Siti"nin ulduzu Rodri transferində uğursuzluqla üzləşdikdən sonra diqqətini Martin Subimendiyə yönəldib.

Lakin ispan futbolçunu heyətə qatmaq "kral klubu" üçün asan olmayacaq.

Belə ki, "Arsenal" 27 yaşlı yarımmüdafiəçini buraxmaq niyyətində deyil və London klubu yalnız minimum 90 milyon avroluq təklif gələcəyi təqdirdə danışıqlar masasına oturmağa hazırdır.