Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında titul sponsorluğu müqaviləsinin müddəti uzadılıb.

Offsideplus.az xəbər verir ki, razılığa əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də ölkə çempionatının əsas sponsoru olacaq və yarış “Misli Premyer Liqası” adı altında keçiriləcək.

Artıq 5-ci mövsümdür davam edən bu əməkdaşlıq futbolun inkişafına, liqanın kommersiya dəyərinin və rəqabətliliyinin artırılmasına töhfə verir.

Həmçinin A milli komandanın da rəsmi sponsoru olan “Misli”nin dəstəklədiyi yeni mövsüm avqustun 14-də start götürəcək.