Misli Premyer Liqasının 2026/27 mövsümünün I turunun oyun cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Sabah"ın beynəlxalq arenadakı çıxışını nəzərə alan "Kəpəz" klubu böyük jest edib. Gəncə təmsilçisinin rəsmi razılıq məktubunu və PFL-in qərarını nəzərə alaraq, bu iki komanda arasında 1-ci və 2-ci dövrə oyunlarının yeri dəyişdirilib. İlkin cədvələ əsasən, ilk matç "Sabah"ın meydanında tutacaq.

Açılış turunun bütün qarşılaşmaları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Həmçinin PFL-in qərarına əsasən, mövsümün I turunun bütün qarşılaşmalarından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni (tam versiyada) səsləndiriləcək.

MPL, I tur

14 avqust (cümə)

19:30 "Turan Tovuz" – "Qəbələ"

Tovuz şəhər stadionu

15 avqust (şənbə)

18:30 "Araz-Naxçıvan" – "İmişli"

Qəbələ şəhər stadionu

20:45 "Sabah" – "Kəpəz"

"Bank Respublika Arena"

16 avqust (bazar)

19:00 "Sumqayıt" – "Neftçi"

"SOCAR Polymer Arena"

21:00 "Zirə" – "Şəfa"

Zirə İdman Kompleksinin stadionu

17 avqust (bazar ertəsi)

19:30 "Qarabag" – "Şamaxı"

Tofiq Bəhramov adına Respublika stadionu