Sloveniya milli komandası 2027-ci il FIBA Dünya Kubokunun seçmə mərhələsinin avqust oyunları üçün heyətini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ailəvi səbəblərə görə "Los Anceles Leykers"in ulduzu Luka Donçiç və komanda yoldaşı Cekson Heyz ilkin siyahıda yer almayıb.

Baş məşqçi Aleksandar Sekuliçin dəvət etdiyi 19 basketbolçu arasında "Baskoniya"nın 17 yaşlı istedadı Stefan Yoksimoviç də var. Sloveniya U-18 milli komandasını tarixində ilk dəfə Avropa çempionu edən və turnirin MVP-si seçilən gənc ulduz ilk dəfə əsas milliyə çağırılıb.

Sloveniya seçmə mərhələ öncəsi Latviya və Monteneqro ilə yoxlama oyunları keçirəcək, daha sonra Parisdə Fransa ilə qarşılaşacaq və Ltublyanada Macarıstanı qəbul edəcək.

Sloveniyanın ilkin heyətində Lukas Boyoviç, Miha Çerkvenik, Vlatko Çançar, Lovro Faqanel, Qreqor Qlas, Vit Hrabar, Qreqor Hrovat, Stefan Yoksimoviç, Martin Krampel, Urban Kroflik, Alyaj Kunç, Tibor Mirtic, Aleksey Nikoliç, Alen Omiç, Klemen Prepelic, Rok Radoviç, Ziga Samar, Leon Sterqar və Luka Şuka yer alıb.