Portuqaliyalı məşqçi Joze Mourinyo 2013-cü ildə "Mançester Yunayted"in baş məşqçisi postunu qəbul etməməsinin səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, o, "Real Madrid"dən ayrıldıqdan sonra əvvəlcədən "qırmızı şeytanlar"la müqavilə imzaladığını, lakin sonda "Çelsi"yə qayıtmaq qərarı verdiyini bildirib.
"Mançester Yunayted"dən təklif almaq mənim üçün böyük şərəf idi. Amma futbola olan sevgi ilə müəyyən bir kluba olan sevgi fərqlidir. Düşünürəm ki, bu, futbola sevgidən daha güclüdür. "Real Madrid"dən sonra ilk növbədə özümü sevilən hiss etməli idim. Ser Aleks Ferqyusonu əvəzləmək şansını əldən vermək mənim üçün dramatik an idi, amma peşman deyiləm, çünki bu, ürəyimin qərarı idi", – deyə Mourinyo "Netflix"in sənədli filmində vurğulayıb.
Qeyd edək ki, Mourinyo daha sonra 2016-2018-ci illərdə "Mançester Yunayted"in baş məşqçisi olub və bu müddətdə Avropa Liqasını, İngiltərə Liqa Kubokunu və İngiltərə Superkubokunu qazanıb.


