"Liverpul"un baş məşqçisi Andoni İraola komandasının "Monako"ya 2:3 hesabı ilə uduzduğu yoxlama oyununu şərh edib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu qarşılaşmanın "Lids"lə oyuna bənzədiyini bildirib.
"Birinci hissədə, xüsusilə ilk 30 dəqiqədə yaxşı çıxış etdik. Hazırda yəqin ki, tələb olunan səviyyədə oynamaq üçün gücümüz çatmır. Rəqib oyunu çevirməyə layiq idi. İlk iki yoxlama oyununda qalib gəlmişdik, amma son iki matçda istədiyimiz səviyyəni bütün oyun ərzində saxlaya bilmədik. Bir neçə əvəzetmədən sonra oyunçular yorulmağa başlayır və bu səviyyəni qorumaq mümkün olmur. Deməli, üzərində işləməli olduğumuz məqamlar var", – deyə İraola klub televiziyasına açıqlamasında vurğulayıb.


