Azad agent statusunda olan Ben Simmons Avstraliya milli komandasının Melburnda keçiriləcək mini-toplanışında tam şəkildə iştirak edəcək. 30 yaşlı basketbolçu son mövsümdə NBA-də oynamayıb və zədələrdən tam sağalmaq üçün fasilə verib.

Offsideplus.az xəbər verir ki, dördqat All-Star olan Simmons son olaraq "LA Klippers"də çıxış edib. O, 2025-ci ilin fevralında "Bruklin Nets"dən ayrıldıqdan sonra "Klippers"lə müqavilə imzalayıb və bu komandanın heyətində 18 oyun və əlavə olaraq pley-offda 5 qarşılaşmada meydana çıxıb. İnsayder Mark Spirsin məlumatına görə, bir neçə NBA klubu Simmonsa maraq göstərir və oyunçu minimum məbləğli müqavilə imzalamağa açıqdır. Bildirilir ki, basketbolçuya Qərb Konfransından bir klubdan mini-toplanış müddətində qeyri-zəmanətli müqavilə təklifi də var.