"Roma" Rodrigo Mora üçün "Portu"ya 25 milyon avro rəsmi təklif göndərib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalılar 19 yaşlı yarımmüdafiəçi üçün daha yüksək məbləğ tələb edir.

"Portu" artıq bir həftədir ki, "Qalatasaray" ilə də danışıqlar aparır. Danışıqlarda agent Xorxe Mendeş də iştirak edir.

Daha əvvəl bildirilib ki, "Qalatasaray" üçün Mora transferi prioritet hesab olunur.

Əgər bu keçid baş tutmasa, İstanbul klubu diqqətini "Lokomotiv"dən Aleksey Batrakova yönəldəcək.