Qızlar arasında U-16 Avropa çempionatında mübarizə bu gün başlayır.

Offsideplus.az xəbər verir ki, B divizionunda mübarizə aparan Azərbaycan bu gün ilk oyununu ev sahibi Slovakiyaya qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və FIBA yutub kanalı üzərindən canlı yayımlanacaq.

Qeyd edək ki, U-18 yığmamız (qızlar) ötən günü Avropa çempionatını 17-ci yerdə başa vurub.