"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevin durumu məlum olub.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçunun zədəsi ciddi deyil.
O, hətta komanda ilə məşqlərdə də iştirak edir.
Qeyd edək ki, Cəfərquliyev "Dinamo" ilə oyunun ikinci hissəsində zədələnərək meydanı tərk etmişdi. Onun cavab qarşılaşmasında meydanda olacağı gözlənilir.


