Pol Corcun "Boston Seltiks"ə transferindən sonra komandanın yeni oyunçusu Ron Harper kiçik ona 13 nömrəni verib. Harper növbəti mövsümdə "Boston Seltiks"də 8 nömrə ilə çıxış edəcək. O, bu nömrəni əfsanəvi basketbolçu Kobe Brayantın şərəfinə seçib.

Offsideplus.az xəbər verir ki, Harper bu barədə danışarkən bildirib: "Hadisələrin necə baş verdiyinə çox toxunmaq istəmirəm, amma təxminən bir saat sonra mənə zəng etdilər və dedilər ki, Pol Corc bu nömrəni istəyir. Biz onunla razılığa gəldik. Bu mövzuda aramızda maraqlı söhbətlər olacaq, bu dəqiqdir. Amma sevinirəm ki, o, öz nömrəsinə qayıda və yenidən PG-13 ola biləcək".