Braziliyalı hücumçu Endrik "Real Madrid"dən daha çox oyun təcrübəsi qazanmaq üçün yenidən icarəyə getmək variantını nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, hazırda Endrik komandanın hücum xəttində Kilian Mbappe və yayda "Levante"dən transfer olunan Karlos Espinin ardından üçüncü seçim sayılır. Öz mövqeyini dərk edən gənc futbolçu artıq yeni imkanları qiymətləndirməyə başlayıb. O, əsas heyətdə çıxış edə biləcəyi və Avropa kuboklarında, xüsusilə Çempionlar Liqasında iştirak edən bir kluba keçməyə üstünlük verir.
"Roma" və "Aston Villa" 20 yaşlı futbolçuya maraq göstərir. "Real Madrid" Endrikin illik 5 milyon avrodan çox olan təmiz maaşının bir hissəsini ödəməyə hazırdır ki, bu da onun icarəyə getməsini asanlaşdıra bilər.
Qeyd edək ki, Endrik ötən mövsümün ikinci yarısını icarə əsasında "Lion"da keçirib və 21 oyunda 8 qol vurub.


