Türkiyə I Liqasında mübarizəyə start verilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Toral Bayramovun da çıxış etdiyi "Bursaspor" ilk turda səfərdə "Bodrumspor"la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Qollara Keleçi İheanaço və Linkoln Enrike imza atıb.
Qarşılaşmaya əsas heyətdə başlamayan T. Bayramov 46-cı dəqiqədə meydana olub.
Beləliklə, o, rəsmi oyunlarda yeni komandasında debüt edib.
"Bursaspor" növbəti oyununda - avqustun 15-də "Iğdır" FK ilə qarşılaşacaq.


