"Minnesota Timberwolves"un ulduz oyunçusu Entoni Edvards komanda yoldaşı Rudi Qoberlə Parisdə çəkilmiş fotoya maraqlı münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Rudi Qober sosial şəbəkədə komandasının Eyfel qülləsi fonunda çəkilmiş şəklini paylaşdıqdan sonra Edvards zarafatla bu məşhur abidəni Orlandodakı Walt Disney parkındakı qülləyə bənzədib. "Bu, o Disney qülləsidir, Rudi", – deyə Edvards mərkəz oyunçu ilə söhbətində bildirib.