Naomi Osaka Torontodakı WTA 1000 turnirinin dördüncü mərhələsində Leyla Fernandesə qalib gəlib – 6:4, 6:4.
Offsideplus.az xəbər verir ki, yaponiyalı tennisçi karyerasında 13-cü dəfə və Monreal-2025-dən bəri ilk dəfə WTA 1000 turnirinin 1/4 finalına yüksəlib.
Osaka 2021-ci ildən bəri ilk dəfə mübarizə apardığı ardıcıl dörd WTA turnirində 1/4 finala adlayıb. O, sonuncu dəfə bu nəticəni "US Open-2020", Melburn, "Australia Open" və "Mayami Masters" turnirlərində göstərmişdi.
O, növbəti mərhələdə Yelena Rıbakina ilə qarşılaşacaq.


