Viktor Vembanyama NBA tarixinin ən möhtəşəm fərdi nəticələrindən birinə imza ata biləcəyini düşünür.
Offsideplus.az xəbər verir ki, "San Antonio Spörs"ün fransalı ulduzu "Rookicks" adlı fransız kontent yaradıcı ilə sürətli sual-cavab zamanı bir oyunda 100-dən çox xal toplaya biləcəyinə inanıb-inanmadığı barədə suala cavab verib.
Vembanyama "Bəli, bacararam" deyə cavablandırıb.
Fransalı basketbolçu həmçinin hansı həmyerlisini "Spörs"ə gətirmək istədiyini də açıqlayıb. O, "Hazırda ağlıma gələn Evan Furnye var" deyib.
Vembanyama qardaşı Oskarla birgə oynamağa da açıq olduğunu bildirib və onların ilk dəfə Fransa millisində komanda yoldaşı ola biləcəyini vurğulayıb.


