Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"la üz-üzə gələcək Danimarka təmsilçisi "Orhus" vacib addım atıb.
Offsideplus.az xəbər verir ki, son çempion təmsilçimizlə həlledici cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə ölkə çempionatındakı "Norşellan"la matçın təxirə salınması üçün Danimarka Futbol Federasiyasına müraciət edib. Həm federasiya, həm də rəqib tərəf bu istəyi anlayışla qarşılayaraq qarşılaşmanın başqa tarixə keçirilməsinə razılıq verib.
Qeyd edək ki, "Orhus" daxili birincilikdə mövsümə uğursuz başlayıb və keçirdiyi 2 oyunda cəmi 2 xal toplaya bilib.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda "Sabah" səfərdə 1:2 hesabı ilə məğlub olub. Tərəflər arasında cavab qarşılaşması sabah - avqustun 11-də saat 20:00-da start götürəcək.


