"Sabah" bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" Danimarkada "Orhus"la qarşılaşıb.
Görüş Bakı vaxtı ilə saat 20:30-da başlamalı olsa da, qarşılaşma 40 dəqiqə gec - 21:10-da start götürüb.
Buna səbəb Orxus şəhərindən Randers şəhərinə gedən yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə komandaları gətirən avtobusların yubanmasıdır.
Tərəflər arasında cavab qarşılaşması avqustun 11-də oynanılacaq.
Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyun
20:30 "Orhus" 2:1 "Sabah"
"Randers" stadionu


