UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" – "Orhus" cavab matçının hakimlər heyətində dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, qitə futbol qurumu əvvəlcə Juan Pineyrunun rəhbərlik etdiyi portuqaliyalı referilərə həvalə olunan oyuna yeni təyinat gerçəkləşdirib.

Bakıdakı qarşılaşmanı fransalı baş hakim Villi Delajo idarə edəcək. Xətt hakimləri funksiyasını Ervan Fenjan və Valentin Evrard, dördüncü hakim vəzifəsini isə Erik Vattellye icra edəcək. Matçın VAR hakimi Bastyen Deşepi, köməkçisi (AVAR) isə Nikolya Renvil olacaq.

Qeyd edək ki, avqustun 11-də "Bank Respublika Arena"da təşkil olunacaq Sabah – Orhus görüşü saat 20:00-da start götürəcək. Danimarkada baş tutan ilk oyunda meydan sahibləri 2:1 hesabı ilə üstün olublar.