Braziliyalı futbolçu Neymarın təşkil etdiyi xeyriyyə hərracında maraqlı hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, naməlum şəxs UFC-nin keçmiş çempionları Aleks Pereyra və Çarlz Oliveyra ilə görüşmək hüququna görə 60,5 min dollar ödəyib.

Qalib şəxs Braziliyada Oliveyranın evində bir gün keçirəcək və onunla birgə məşq etmək imkanı əldə edəcək.

Pereyra ilə isə ABŞ-da görüşmək və ox atmaq mümkün olacaq.

Hərracdan əldə olunan vəsait Praia-Grandedəki uşaqlara dəstək üçün istifadə olunacaq.