Misli Premyer Liqasının ilk turu baş tutacaq "Sumqayıt" - "Neftçi" qarşılaşmasının yeri dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, "Sumqayıt" klubunun matçlarını keçirdiyi Mehdi Hüseynzadə adına şəhər stadionunda ot örtüyünün yenilənməsi ilə əlaqədar tərəflər başqa arenada üz-üzə gələcək.

Ona görə də qarşılaşma "SOCAR Polymer Arena"da keçiriləcək..

Qeyd edək ki, bu oyun şənbə günü - avqustun 15-də, saat 19:00-da başlayacaq.