"San Antonio Spörs" rəhbərliyi De’Aaron Foksun NBA finalındakı uğursuz çıxışına baxmayaraq, ona olan inamını qoruyub saxlayır.
Offsideplus.az xəbər verir ki, klub 28 yaşlı oyunqurucunun komandaya verdiyi töhfəni yüksək qiymətləndirir və hesab edir ki, Foksun ağır zədə ilə oynadığı halda belə, onun iştirakı olmasaydı, komanda finala yüksələ bilməzdi.
İlk beş oyunqurucusu mövqeyində De’Aaron Foks və Dilan Harper arasında seçimə baş məşqçi Mitç Conson qərar verəcək. Bu qərar yalnız meydançadakı vəziyyətə əsaslanacaq.
Conson daha əvvəl bəyan etmişdi ki, bəzi epizodlarda Foks, Harper və Stefon Kaslın eyni vaxtda meydanda olmasını sınaqdan keçirmək niyyətindədir.


