“Oyun baxımdan “Qarabağ”ın zəif oynadığını demək olmaz”
Bu sözləri “kəhər atlar”ın avrokubok çıxışı ilə bağlı sualına cavab olaraq Elgiz Kərəmli Offsideplus.az-a açıqlamasında bildirib:
“Oyun planı dəyişilməyib. Yeni transferlər uyğunlaşmağa çalışır. Transfer pəncərəsində xeyli futbolçu getdi, 8 yeni oyunçu da gəldi. Bu amilin oyuna təsiri normaldır. Oyun baxımından “Qarabağ”ın zəif oynadığını demək olmaz. Ümidverən oyun sərgiləyirlər. Yaxın zaman ərzində yenidən öz sözlərini deyə biləcəklər. Hər zaman qalib gəlib, bizi sevindirdiklərini görmüşük. Həmişə biz azarkeşləri, ictimaiyyəti qələbələrə öyrəşdiriblər. Belə situasiyalara çox az düşüblər, amma müsbətə doğru dəyişə biliblər. İnanıram ki, ölkəmizi layiqincə təmsil edəcəklər”.


