Runi Bardaci "Barselona"nın məşqində dizindən ciddi zədə alıb və uzun müddət yaşıl meydanlardan uzaq qala bilər.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçu məşq zamanı zədələnib və məşqi yarımçıq tərk edib.

İlkin müayinədən sonra Bardacinin dizində ağır zədə şübhəsi yaranıb və futbolçunun bir neçə ay meydana çıxmayacağı ehtimal olunur. Yekun diaqnoz yaxın saatlarda məlum olacaq.

Məlumata görə, bu zədə "Barselona"nın yay transfer pəncərəsində Runi ilə yolları ayırmaq planlarına da təsir edə bilər.

Qeyd edək ki, gənc vinger daha əvvəl də dizindən ağır zədə alıb və bu səbəbdən 10 ay futbol oynaya bilməyib.