LeBron Ceymsin yaxın dostu və ən nüfuzlu idman agentlərindən biri olan Riç Pol, peşəkar idmançıların üzləşdiyi çətinliklər barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, idmançıların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:
"İdmançılar dünyanın ən ağır işini görür. Onlar ətraflarındakı hər kəsi təmin edirlər. Siz işləyəndə yanınızda heç kim olmur. Amma idmançılar bir çox insanı arxalarınca aparırlar. Nə demək istədiyimi başa düşürsünüz? Üstəlik, 100 milyon dollar əslində vergilər çıxıldıqdan sonra 50 milyon olur. İndi isə bu məbləği onların təmin etdiyi insanların sayına bölün və hesablayın. İdmançı pul qazanmağa başlayanda, ətrafındakıların hamısı işləməyi dayandırır. Amma bu, məntiqə uyğun deyil. Əminliklə deyə bilərəm ki, "Amazon"un baş direktorunu vəzifəyə yüksəltdikdə, onun ətrafındakı heç kim işləməyi dayandırmır".
Pol bu sözləri ilə idmançıların qazancının göründüyü qədər çox olmadığını və onların üzərinə düşən sosial yükün ağır olduğunu vurğulayıb.


