AFFA-nın baş katibinin müavini Elçin Məmmədov avqustun 8-9-da UEFA-nın matç direktoru qismində Tbilisidə səfərdə olub.

Offsideplus.az xəbər verir ki, o, Gürcüstan çempionu “İberia”nın ev oyunlarını keçirdiyi Mixail Mesxi adına stadiona baxış keçirərək arenanın 2026/2027 mövsümündə UEFA klub yarışlarının liqa mərhələsinə hazırlıq səviyyəsini yoxlayıb.

Səfər çərçivəsində klub nümayəndələri ilə görüşən E. Məmmədov yeni mövsümdə tətbiq olunacaq qayda dəyişikliklərini də müzakirə edib.