Çempionlar Liqasınln 3-cü təsnifat mərhələsinin cavab oyununda “Sabah” “Orhus”u qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Valdas Dambrauskas media önünə çıxıb:
“Orhus” komandası xoş gəlib. İnanıram ki, hər iki komanda üçün vacib oyundur. 1 qol fərqi var. Hər iki komanfa bu matça həyəcanla yanaşır. Azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Futbolçularım oyuna hazırdı”.
Rəqibin heyətində dubl edən futbolçu haqda:
“Rəqib bir oyunçudan ibarət deyil. Yaxşı komandadırlar. Oyunçulatda şübhə olar ki, bu qədər yaxşı çıxış edirik. Rəqib də yaxşı atmosfer yaratmışdı. Nəticə daha da yaxşı ola bilərdi. Rəqib az qol fürsət yaratsa da, bundan istifadə edə bilirlər. Bütün komandaya nəzarət edəcəyik. Biz də keyfiyyətli komandayıq. Rəqib də səhvlərini düzəliş edəcək. Hansı tərəf xırda detallara fikir versə, o komanda da qələbə qazanacaq”.
İqlim şəraitinin fərqi barədə:
“İqlim barəsində çox danışılır. Şişirdilmiş faktordur. Rəqib də peşəkar komandadır. Bu önəmli faktor deyil. Güclü külək təsir edə bilər. Düşünürəm ki, sabah belə problem olmaz”.
Bitiricilik problemi ilə bağlı:
“Biz hər oyun daha çox qol vurmaq istəyirik. Çoxlu qol fürsətləri yaradırıq lakin bəzən top tora daxil olmur. Ümid edirəm ki, sabah keçiriləcək oyunda bu qol epizodları qolla tamamlanacaq", - deyə baş məşqçi qeyd edib.


