"Makkabi Təl-Əviv" və "Hapoel Təl-Əviv" klubları Yaxın Şərqdəki qeyri-sabit vəziyyət səbəbindən yeni mövsümdə Avroliqa ev oyunlarının harada keçiriləcəyini hələ müəyyən etməyib.
Offsideplus.az xəbər verir ki, hər iki klubun sahibləri Şimon Mizraxi və Ofer Yannay Avroliqa qarşılaşmalarının yenidən İsraildə keçirilməsi üçün birgə səylərini birləşdirib. Onlar İsrail hakimiyyəti ilə birlikdə hazırladıqları təhlükəsizlik planını və zəmanətləri turnirin baş direktoru Çus Bueno’ya təqdim ediblər.
Ötən mövsüm hər iki komanda ev oyunlarını ölkə xaricində keçirmişdi. İndi isə klublar yenidən azarkeşləri önündə oynamağa ümid edir. Mənbənin məlumatına görə, Bueno noyabr ayında bölgədə vəziyyət sabit qalarsa, oyunların İsraildə bərpasını mümkün hesab edir.


