“İnanıram ki, qələbə qazanan tərəf biz olarıq” - bu sözləri “Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsa “Orhus”la oyunöncəsi mətbuat konfransında bildirib.
O, oyun haqda bu fikirləri bildirib:
“Həqiqətən də səfərdə yaxşı oynadıq. Cərimə meydançasının kənarından iki qol buraxdıq. Əsas üstünlükləri də budur. Sabah yaxşı oyun ola bilər. İnanıram ki, qələbə qazanan tərəf biz olarıq”.
Yarımmüdafiədəki çiyindaşları barədə:
“Uzunmüddətli oynamaq daha yaxşıdır. Amma baş məşqçinin qərarıdır. Mən öz oyunuma köklənirəm”.


