Keçmiş UFC çempionu Daniel Kormye ehtimal olunan Xabib Nurmaqomedov – İslam Maxaçev qarşılaşmasında üstün tərəfin kim olacağını açıqlayıb. Kormye bildirib ki, bu döyüşdə Xabib qalib gələrdi.
Offsideplus.az xəbər verir ki, Kormye bu barədə "Həmişə Xabib" deyə qısa cavab verib. Xatırladaq ki, Xabib Nurmaqomedov peşəkar karyerasında 29 döyüşün hamısında qələbə qazanıb. İslam Maxaçev isə 28 qələbə və 1 məğlubiyyətə sahibdir. Maxaçev növbəti döyüşünü 16 avqustda İan Gerri ilə keçirəcək.


