ABŞ millisinin hücumçusu Florian Baloqunun DÇ-2026-dakı qırmızı vərəqə cəzasının FIFA tərəfindən siyasi müdaxilə ilə təxirə salınması futbol dünyasını qarışdırıb. 

Offsideplus.az xəbər verir ki, UEFA FIFA-nın bu addımını rəsmi bəyanatla kəskin şəkildə pisləyib.

UEFA bəyanatında bu qərarın idmanın dürüstlük prinsiplərinə zidd olduğunu vurğulayıb:

"Dünənki qərar qırmızı xətti keçdi. Futbol da digər bütün idman növləri kimi ədalətli, dürüst və şəffaf rəqabətin təməlini qoyan qaydalara əsaslanır. Bəzən qaydalar şərhə açıq ola bilər, lakin bu vəziyyətdə elə deyil. Qırmızı vərəqədən sonra gələn ən azı bir oyunluq avtomatik cəza istəyə bağlı seçim deyil və icrası üçün hər hansı bir qurumun qərarına ehtiyac yoxdur.

Futbol dünyanın ən çox sevilən idman növüdür. Dünyanın hər yerində eyni qaydalarla oynanıldığı üçün insanlara güvən verir. Heç bir turnir tamamilə müstəqil deyil və söhbət Dünya Kubokundan gedirsə, bu, oyunun bütünü üzərində müsbət və ya mənfi nəticələr doğurmaq gücünə malikdir.

Tarixdə görünməmiş, idrakı aşan və heç bir şəkildə bəraət qazandırıla bilməyəcək bu qərar qarşısında duyduğumuz təəccüb və şoku ifadə edirik".

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın FIFA rəhbəri Canni Infantinoya zəngindən sonra Baloqunun cəzasının 1 illik sınaq müddəti ilə təxirə salınması Belçika ilə 1/8 final matçı öncəsi digər komandaların da böyük etirazına səbəb olub.