Norveç millisinin baş məşqçisi Stole Solbakken ABŞ yığmasının hücumçusu Florian Baloqunun ətrafında yaşanan qalmaqala sərt reaksiya verib.
Offsideplus.az xəbər verir ki, DÇ-2026-nın 1/16 finalında Bosniya və Herseqovina ilə matçda (2:0) rəqibin ayağını tapdaladığı üçün VAR baxışından sonra birbaşa qırmızı vərəqə alan Baloqunun 1 oyunluq cəzası 1 illik sınaq müddəti ilə təxirə salınıb. Bununla da onun 1/8 finalda Belçikaya qarşı oynamasına icazə verilib.
Üstəlik, ABŞ prezidenti Donald Trampın futbolçunun cəzasına yenidən baxılması üçün FIFА prezidenti Canni Infantinoya zəng etdiyi məlum olub.
Solbakken bu qərarı kəskin tənqid edib:
"Düzünü desəm, bu, FİFА-nın böyük səhvidir. Baloqun VAR-dan sonra qırmızı vərəqə alıb, deməli, avtomatik diskvalifikasiya olunmalı idi. Bu vəziyyət ən çox ABŞ-ın ziyanına işləyə bilər. Təsəvvür edin, Baloqun qol vurur və ya əla oyun nümayiş etdirir, onda Belçika qəzəblənəcək, hamı bu qərarı sorğulayacaq. Bəs növbəti qırmızı vərəqələrdə necə olacaq? Yenə xüsusi komissiya yığılıb cəzanı ləğv edəcək? Çox, çox yanlış qərardır. İdman üçün heç də yaxşı hal deyil".


