Basketbol üzrə 20 yaşlılardan ibarət (U-20) qadınların Avropa çempionatının B Divizionunda mübarizə aparan Azərbaycan millisi Bolqarıstanın Samokov şəhərində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, A qrupunda yer alan komandamız II tur çərçivəsində Albaniya yığması ilə qarşılaşıb. Matç basketbolçularımızın 28 xal fərqlə qələbəsi ilə başa çatıb – 88:60.

Azərbaycan (U-20) – Albaniya (U-20) - 88:60 (22:15, 25:10, 14:19, 27:16)

Qeyd edək ki, bu, Avropa çempionatında debüt edən U-20 yığmamızın turnir tarixindəki ilk qələbəsidir. Komandamız ilk turda İrlandiyaya uduzmuşdu (81:93). Basketbolçularımız növbəti matçını iyulun 6-da Yunanıstana qarşı keçirəcək.

Qrupdakı xal durumu: Azərbaycan – 3 xal, Yunanıstan – 2 xal, İrlandiya – 2 xal, Albaniya – 2 xal.