Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo milli komandadakı gələcəyinə aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, o, builki Dünya Kubokunun karyerasındakı sonuncu olacağını rəsmən elan edib.
Təcrübəli hücumçu mövzu ilə bağlı qısa və net danışıb:
"Bəli, bu mənim üçün sonuncu mundialdır. Gəlin, bundan zövq alaq".


